Müğənni Ayan Babakişiyeva İnstaqramda izləyicilərinin suallarını cavablandırıb.
7Times.az olay-a istinadən yazır ki, sənətçi bir sosial şəbəkə istifadəçisinin “Xəyanəti bağışlayarsınız?” sualına bu cavabı verib:
“Cismən olunan xəyanət bağışlanandır. Ən əsası ruhən olmasın. Onu əfv etmək olmaz”.
Follow @7timesaz
Digər izləyicisinin “Bir qadın sevildiyini hiss etmirsə, bir övladı da varsa, nə etməlidir?” sualına isə müğənni belə cavablandırıb:
“Düşünürəm ki, hiss etmək o demək deyil. Onun atdığı addımlar və hərəkətlər önəmlidir. Amma hiss etdiyiniz doğrudursa, həyat bununla bitmir. Əsl sevgi-övladınız sizinlədir”.