“Qarmon sənətinin əziyyəti çoxdur, amma qazancı azdır. Hər toya da getmirəm. Əzizlərimin toyuna gedirəm, bilirəm ki, əziyyətimə dəyər. Sillə ilə üz qızardırıq. Pandemiyada əziyyət çəkdik”.
7Times.az Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva “Günün sədası” verilişində deyib. Qarmon ifaçısı bildirib ki, pandemiyada maddi sıxıntı çəkib:
“Toy olanda hamı qazanırdı. Çox əziyyət çəkdim. Nə qızılım var idi, hamısını satdım. Oturursan evdə, qapı döyülür, qaz, işıq pulu istəyən gəlir. Yeyib-içmək var, qadın üçün çox əziyyətlidir. Həm kişiyik, həm qadın, özümüzü idarə edirik. Mən heç kimə demirəm, utanıram. Guya desəm, kömək edəcəklər? O vaxt kömək ediləcək ki, mənə artıq lazım olmayacaq. Bir ayağım gorda olanda yardım olunacaq, nəyimə lazımdır? Özümə deyirəm ki, görünüş varlı, cibi boş,
yazıq Gövhər”.