Ölkə

Qayınanası Sevda ilə bağlı GÖRÜN NƏLƏR DEDİ – VİDEO

Qayınanası Sevda ilə bağlı GÖRÜN NƏLƏR DEDİ – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Sevda Yahyayeva “Səhər mərkəzi” verilişinin qonağı olub.
7Times.az Axşam.az-a istinadən  xəbər verir ki, gələn həftə toyu olacaq sənətçinin qayınanası Svetlana Bayramova onunla bağlı açıqlama verib. O bildirib ki, oğlu Zakirin Sevda ilə ailə qurmasına sevinib:

“Ah bu Sevda” mahnısını çox sevirdim. Sən demə, qızlarım bilirmiş. Bir gün oturub mənə dedilər ki, elçi gedəcəyik, sevindiyimdən ağladım. Mənfi xüsusiyyəti odur ki, iş görməyə qoymur. Qonaq gələndə nəşə etmək istəyirəm, imkan vermir. Səliqəyə fikir verən adamam. Çox səliqəlidir, hər şey yerində olur.

Sevda ilə oğlum görüşəndə onun ilk sözü bu olub ki, müğənniyəm, işimi davam etdirəcəm, hər yerə çağırıla bilərəm. Biz müasir ailəyik, deyib ki, problem yoxdur. Xoşbəxtəm ki, ocağımıza belə gəlin düşüb”.

Qeyd edək ki, Sevda və Zakir bir il 2 ay əvvəl rəsmi nikaha girib. Cütlüyün toyu pandemiyaya görə təxirə düşüb. Axşam.az saytı bir müddət əvvəl onların oktyabrın 25-də təmtəraqlı toy edəcəyini yazmışdı.