Tiflisdə sosial cəhətdən həssas pensiyaçılara dərman üçün 500 lari (161 dollardan yuxarı) kupon veriləcək.
7Times.az “Sputnik Georgia”ya istinadən xəbər verir ki, bunu paytaxt meri Kaxa Kaladze iclasda deyib.
Tbilisi merinin sözlərinə görə, 40 min pensiyaçı dərmanların maliyyələşdirilməsi proqramından faydalana biləcək. Proqram üçün büdcədən təxminən 20 milyon lari (6,4 milyon dollardan çox) maliyyə ayrılacaq.
Follow @7timesaz