“Taliban” Kabulda gənc voleybolçu qızı edam edib.
Lent.az-ın “Persian Independent”ə istinadla məlumatına görə, Əfqanıstanın gənclərdən ibarət yığma komandasının üzvü Məhçəbin Hakiminin başı kəsilib.
Gənc voleybolçunun məşqçisi bildirib ki, “Taliban” hakimiyyətə gələndən Əfqanıstanda qadınların hicabsız gəzməsini qadağan etmişdi.
“Mənim voleybolçularımın bir qismi ölkədən qaçıb. Məhçəbin və iki qız isə Kabulu tərk edə bilməmişdi. Onun hicabsız voleybol oynaması “Taliban”ı qəzəbləndirmişdi” – o, bildirib.
Follow @7timesaz