İtalyan aviaşirkəti “Alitalia”nın onlarla işçisi Roma meydanında etiraz aksiyası keçirib.
7times.az xəbər verir ki, həm aviaşirkətin bağlanmasına, həm də yeni yaradılan şirkətin (İTA) 10 min işçisindən 3 mininin aşağı əmək haqqı almasına etiraz edənlər geyimlərini, hündürdaban ayaqqabılarını çıxarıb, “Biz “Alitalia”yıq” deyərək qışqırıblar.
Aksiyada təxminən 50-yə yaxın keçmiş işçi gecə geyiminə bənzər paltarla aviaşirkətin qərarına diqqət çəkib.
Qeyd edək ki, uzun illərdir maliyyə böhranı ilə üzləşən və COVID-19 pandemiyasının təsirsiz ötüşmədiyi İtaliyanın 75 illik “Alitalia” aviaşirkəti oktyabrın 15-dən etibarən fəaliyyətini dayandırıb. İtaliyanın yeni hava yolu şirkəti olan “ITA” varisi “Alitalia”dan daha kiçikdir.
Yenisabah.az
Follow @7timesaz