Dünya

Saakaşvili həbsxanadan buraxılır: “Bəlkə şənbə, ya da bazar günü, dəqiq bilmirəm…”

Saakaşvili həbsxanadan buraxılır: “Bəlkə şənbə, ya da bazar günü, dəqiq bilmirəm…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 1-dən Rustavidə aclıq aksiyası keçirən Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili xəstəxanaya yerləşdirilməyə razılaşıb.

Azadlıq Radiosunun gürcü xidməti xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə olan açıqlamasında onun şəxsi həkimi Nikoloz Kipşidze məlumat verib:

“Mixeil Saakaşvili xəstəxanaya getməyə hazırdır. Bu gün və ya sabah olmasa da, bəlkə də şənbə və ya bazar günü gedə bilər, dəqiq bilmirəm. Biz səhiyyə və ədliyyə nazirlikləri ilə xırda məsələləri həll etməliyik”.

Həkim həbsdə olan sabiq ölkə başçısına baş çəkdiyini də qeyd edib:

“Xəstəxanaya yerləşdirmə keçmiş prezidentin aclıq aksiyasını dayandıracağı anlamına gəlmir, amma düşünürəm ki, bir halda ac qalmağa davam etməməlidir”.

Qeyd edək ki, ötən gün Gürcüstanın Ədliyyə naziri Rati Breqadze “Rustavi-2” telekanalına olan açıqlmasında bildirib ki, onlar Saakaşvilini, aclıq aksiyası keçirən məhbuslara xidmət edə biləcək həbsxana xəstəxanasına aparmaq niyyətindədir.

Gürcüstan Səhiyyə Nazirliyinin nəzdində yaradılmış həkimlər şurası, çərşənbə axşamı Saakaşviliyə baş çəkib və onun səhhətindəki pisləşmənin qarşısının alınması üçün xəstəxanaya yerləşdirilməsini tövsiyə ediblər.

Xatırladaq ki, Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də 8 illik yoxluğundan sonra Gürcüstana qayıtdı və həmin gün həbs edildi. Saakaşviliyə qiyabi olaraq 4 cinayət maddəsi açılıb və onlardan ikisi təsdiq edilib. Sabiq prezident 9 illik azadlıqdan məhrum edilib.//savash.org