Türkiyənin tanınmış aktyoru Kemal Kuruçay vəfat edib.
7times.az xəbər verir ki, “Səksənlər” serialında Seyfi obrazını canlandıran 59 yaşlı aktyor çəkiliş meydançasında infarkt keçirib.
Kuruçayın ölüm xəbərini aktyor Nedim Saban sosial şəbəkədə paylaşıb:
“Çox istedadlı bir aktyor, çox yaxşı insan idi. “İki oda bir Sinan” tamaşasında birlikdə işləmişdik. Böyük sevgi ilə peşəsinə bağlı idi. Çox pis oldum”.