Rusiya İstintaq Komitəsinin sədri, ədliyyə generalı Aleksandr Bastrıkin Telman İsmayılovun işi ilə bağlı göstəriş verib.
7Times.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Bastrıkin biznesmenin Monteneqrodan Moskvaya ekstradisiya olunmamasının səbəblərini araşdırmağı tapşırıb.
Follow @7timesaz
“Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Telman İsmayılovun ekstradisiya olunmaması fonunda beynəlxalq hüquq idarəsi ilə Rusiya XİN-nin birlikdə şübhəli şəxsin ekstradisiya olunmama səbəblərini araşdırmağı və bundan sonra hesabat hazırlamağı göstəriş verib”-,deyə rəsmi məlumatda deyilir.
Rusiya İstintaq Komitəsi Telman İsmayılova Monteneqroda sığınacaq verilməsinə etiraz edib və onu iş adamları Vladimir Savkin və Yuri Brılyovun qətlini sifariş etməkdə ittiham edib.