Çinin Hubei əyalətində keçirilən toyun görüntüləri dərhal Şərqi Asiya sosial şəbəkələrində yayılıb.
7times.az xarici mediaya istinadla bildirir ki, nə yeni evlənənlərin adları, nə də məclisin necə keçirildiyi məlum deyil. Lakin bütün istifadəçilər gəlinin necə möhtəşəm geyindiyindən danışırlar. Daha doğrusu, onun üzərindəki qızıl haqqında. Gəlinin üzərində 60 kiloqram ağırlığında boyunbağı və bilərziklər olub.
Zinət əşyaları – öz hisslərini ifadə etmək istəyən bəyin hədiyyəsi kimi qiymətləndirilir. Sonra bəy gəlinə hər addımında həddindən çox sevgisini göstərib. Məlum olub ki, “ağır yüklü” gəlin başqasının köməyi olmadan nə ayağa qalxa bilir, nə də maşından düşə bilir.
Çətin ki, kimsə belə bir hədiyyədən imtina edərdi, amma o gün gözəl bəyin səxavətliliyinə görə bir neçə dəfə peşman da olub.
Bundan əlavə, qızın qollarında daha iki nəhəng bilərzik olub, bunları isə bəy ailəsi ona hədiyyə edibmiş.
Yerli inanclara görə, qızıl uğurların, yüksək statusun simvoludur, hətta insanı pis ruhlardan qoruya bilər. Belə bir zinət əşyası vermək bir insana sonsuz sevginizi və hörmətinizi ifadə etmək deməkdir. Qızın üzündən də nə olur-olsun razı qaldığını görə bilərsiniz./lent.az
Follow @7timesaz