Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Niderland vətəndaşı Sandra Rudolfsla münasibətləri bitib.
7times.az xəbər verir ki, bu barədə Saakaşvilinin xanımı, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko danışıb.
“Bir yerdə olduğumuzu, keçmişdəki bütün münasibətlərin həm mənim, həm də onun tərəfindən uzun müddətdir bitdiyini bildirdik. Aylardır birlikdə olduq”, – Y.Yasko söyləyib.
Qeyd edək ki, Saakaşvili Niderland vətəndaşı Sandra Rudolfs ilə ailə qurmuşdu. Onların iki oğlu var.
Follow @7timesaz