Arkadaşlar!!!
Eldar Həsənov yıxılıb!!!
Yadıma məhkəməmizdə eplepsiya xəstəliyindən əziyyət çəkən və bədənində saysız qəlpələr gəzdirən Qazi Fəxrəddin Bəyin kletkada yerə yıxılaraq çabalamaları, ağzından köpük tökülməyi, ağzını açmaq istədiyimdə dişləriylə barmaqlarımı doğramağı düşdü!!!
O vaxt prokror gülərək demişdi.
” Ə artislik eləmə”!!!
Veteninfo.az xəbər verir ki,bu fikirləri Naxçıvan MR-sı Daxili İşlər nazirinin sabiq müavini Siyavuş Mustafayev,sabiq Baş prokror Eldar Həsənovun qızının Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ünvanladığı,eyni zamanda sosial şəbəkələrdə paylaşdığı müraciətinə cavab olaraq yayımlayıb.
Sabiq nazir müvini,eyni zamanda sabiq siyasi məhbus Siyavuş Mustafayevin açıqlamasın olduğu kimi təqdim edirik:
9 saylı İƏM də Eldar Həsənov mənə 6 ay kars, BUR,PKT əzablarına düçar etdikdən sonra Qobustan QH göndərdi.
Kamerada onsuz da tək olan böyrəyim pristup verir və mən səhərə qədər betonun üstündə ilan kimi qıvrılırdım.Qapını açan olmurdu.
Amma heç kimə yox tək Allaha yalvarırdım və deyirdim ki,
” Allahım özün bilirsən ki, mən dəfələrlə üz üzə gəldiyim ölümdən qorxmuram. Amma yalvarıram məni bu həbsxananın küncündə, səssiz səmirsiz, belə ucuz öldürmə.
İmkan ver gedim heç olmasa bir düşmən erməni gəbərdim özüm də Şəhid olum.”
Eldar Həsənov demişdi Siyavuşa o da azdı. Kişinin sözünə baxmadı indi qoy gəbərsin.
Amma eldar həsənov ölmədiyimi görüb guya nəzarətçiyə rüşvət vermişəm deyə mənə 8 ilin üstünə 3.5 il də verdirsə də mən gəbərmədim.
Çıxdım və qisasımı lazımınca aldım.
İndi rahatam. Allahımdan da razıyam. Hər an da Şəhid olmağa hazıram!!!
Eldar Həsənov, çalış ölmə. Çünki sənin həbsxanada yaşamağın çox sənin kimi əzazil prokurorlara Görk olmalıdı!!!
Zahidin bir barmağın kəssən dönüb haqdan qaçar.
Gər bu gerçəkaşiqi, sərpa soyarlar, AĞRIMAZ!!!
PS.Həbsxanada xəstəliyə qarşı bir müalicə üsulum var idi.
“Я как индеец. Когда болею, поворачиваюс лицом к стену и терплю!!!”
PSS. Allah cəmi günahsız Məhbusların qapısını açsın!!!