Dünya

ABŞ Senatı təsdiqlədi: Ukraynaya 1 milyarda yaxın yardım

ABŞ Senatı təsdiqlədi: Ukraynaya 1 milyarda yaxın yardımbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Senatının Təxsisatlar Komitəsi ABŞ Müdafiə Nazirliyinin növbəti maliyyə ili üçün büdcəsini təsdiqləyib. Xərclərə Ukraynaya dəstək üçün təxminən 1 milyard dollar daxildir.

7Times.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Bildirilir ki, Pentaqonun büdcəsi 852 milyard dollar olacaq ki, bu da prezident Donald Trampın bu ilin əvvəlində tələb etdiyindən 21,7 milyard dollar və ya 2,6% çoxdur.

Qeyd edək ki, Tramp administrasiyası Konqresdən bu maliyyəni büdcə tələbindən çıxarmağı xahiş etsə də, Ukraynaya yardım üçün vəsait sənədə daxil edilib.

Müvafiq qanun layihəsi həm Respublikaçılar, həm də Demokratlar tərəfindən güclü dəstək alıb.