Rusiya Prezidenti Vladimir Putin vətəndaşlıqdan məhrumetmə əsaslarını genişləndirən qanunu imzalayıb.
Bu barədə “7Times.az” TASS-a istinadən xəbər verir.
Siyahıya 72 cinayət növü, o cümlədən qətl, terrorizm və xarici dövlətlərlə Rusiyanın təhlükəsizliyinə qarşı əməkdaşlıq daxildir.
Vətəndaşlıqdan məhrumetmə qrup halında zorlama, yetkinlik yaşına çatmayanlar barəsində əxlaqsız hərəkətlər, uşaq pornoqrafiyasının hazırlanması, həmçinin terrorizmə açıq çağırışlar və qərarları Rusiyaya qarşı yönəlmiş beynəlxalq strukturlarla əməkdaşlıq kimi xüsusilə ağır cinayətlərə görə tətbiq ediləcək.
Follow @7timesaz