Azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu Sərxan İsmayılovun keçmiş qeyri-rəsmi nikahlı həyat yoldaşı Yekaterina Romanova içkiyə qurşanıb.
7Times.az Azmedia.Az-a istinadən xəbər verir ki, bu barədə aparıcı Andrey Malaxovun “Pryamoy efir” (“Прямой эфир”) tok-şousunda danışılıb.
Verilişdə Y. Romanovanın Kalujsk vilayətinin Borovsk şəhərindəki mənzilindən görüntülər nümayiş etdirilib. Məlum olub ki, qadın hədsiz çox içməyə başlayıb və buna görə çox utanır:
“Anam çox içirdi, amma mən onu qovdum. Qorxurdum ki, bunun hamısını uşaqlar görür. Onda mən belə içmirdim. Düşünürəm ki, Allah məni anamı qovduğuma və onun öldüyünə görə cəzalandırır. Mənim başqa heç kimim yoxdur. Ruslana (qadının qızı-red.) öz həyatını yaşayır, özümü burada tək hiss edirəm. Alkoqol göz yaşlarının çıxmasına kömək edir, işsiz qalandan içməyə başladım. Kommunal borclarım var, bəzən uşağa verməyə yemək tapmıram. Məni ölümə aparan dəhşətli vəziyyətdəyəm. Ölmək istəmirəm, övladlarımın xoşbəxt olmağını istəyirəm. Mən çox utanıram, bu problemdən (alkoqol asılılığı-red.) qurtulmaq istəyirəm. Bu, əsas problemdir. Mənə narkoloji kömək lazımdır”.
Y. Romanovanın qızı Ruslana isə deyib ki, DNT testi vasitəsilə Sərxan İsmayılovla qohumluq əlaqəsi təsdiqlənəndən sonra (oliqarxın oğlu və Yekaterina Romanova arasında rəsmi nikah olmayıb-red.) miras üstündə mübarizə aparmağa başlayacaq. Efirdə o da qeyd olunub ki, Ruslananın beş yaşı olarkən atası ona qırmızı “Bentley” hədiyyə edib. Lakin, ananın sözlərinə görə, Sərxan avtomobili qumarda uduzub.
Y. Romanova, həmçinin keçmiş qayınatası Telman İsmayılovla bağlı danışıb: “Ona bir insan kimi yazığım gəlir. Əgər məhkəmə olsa, qızımla gedəcəyəm. O, onu dəstəkləmək niyyətindədir, bəlkə, heç olmasa bu yolla babası ilə görüşə bilər”. Qadın T. İsmayılovu günahkar hesab edir, lakin insan kimi ona yazığı gəlir, çünki sonuncu onun övladları – qızı Ruslana və oğlu Davidin babasıdır.
Follow @7timesaz