Ölkə

SON DƏQİQƏ! Kəmaləddin Heydərova yeni VƏZİFƏ VERİLDİ – SƏRƏNCAM

SON DƏQİQƏ! Kəmaləddin Heydərova yeni VƏZİFƏ VERİLDİ – SƏRƏNCAMbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın mülki müdafiə planının hazırlanması üzrə Komissiya yaradılıb.

Bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın mülki müdafiə planının hazırlanması üzrə aşağıdakı tərkibdə Komissiya yaradılıb:

Komissiyanın sədri

Azərbaycanın Baş nazirinin birinci müavini

Komissiya sədrinin müavini

Azərbaycaın fövqəladə hallar naziri

 

Komissiyanın üzvləri:

Azərbaycanın fövqəladə hallar nazirinin müavini
Azərbaycanın müdafiə nazirinin müavini
Azərbaycanın iqtisadiyyat nazirinin müavini
Azərbaycanın səhiyyə nazirinin müavini
Azərbaycanın daxili işlər nazirinin müavini
Azərbaycanın maliyyə nazirinin müavini
Azərbaycanın təhsil nazirinin müavini
Azərbaycanın ədliyyə nazirinin müavini
Azərbaycanın energetika nazirinin müavini
Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycanın müdafiə sənayesi nazirinin müavini
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
Azərbaycanın Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini
Azərbaycanın Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycanın Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini
İcbari TAzərbaycanınbbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti.

Komissiyaya tapşırılıb ki, Azərbaycanın mülki müdafiə planını hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin.

Komissiyanın fəaliyyətinin səmərəli təşkili məqsədilə onun üzvlərinin təmsil etdikləri dövlət orqanlarının və qurumların nümayəndələrindən ibarət Komissiyanın İşçi qrupu yaradılacaq.

Komissiyanın İşçi qrupunun işinin təşkili və əlaqələndirilməsi Fövqəladə Hallar Nazirliyinə həvalə edilib.

Müəyyən edilib ki, Komissiya qanunvericiliklə müəyyən olunmuş qaydada öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.