Dünya

Türk əslli nazir alman parlamentinin vitse-spikeri SEÇİLDİ

Türk əslli nazir alman parlamentinin vitse-spikeri SEÇİLDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Sosial Demokrat Partiyasının (SDP) üzvü olan Aydan Özoguz parlamentdə (Bundestaq) vitse-spiker seçilib.

7times.az xəbər verir ki, 26 sentyabrda keçirilən parlament seçkilərindən sonra ilk dəfə toplanan Bundestaq özünün sədr və sədr müavinlərini seçib.

Səsvermədə Aydan Özoguz 727 deputatdan 544-nün səsini alaraq vitse-spiker seçilib. Xristian Demokratlardan (CDU) Yvon Magvas, Yaşıllar Partiyasından Klaudia Rot, Azad Demokratlar Partiyasından (FDP) Volfqanq Kubicki, Sol Partiyadan isə Petra Pau da vitse-spiker seçilib.

SDP tərəfindən namizədliyi irəli sürülən Baerbel Bas isə Bundestaqın sədri seçilib.

1967-ci ildə Almaniyada doğulan Özoguz 2009-cu il seçkilərində SPD-den deputat seçilib. 2011-ci ildə isə SPD sədrinin müavini ilə paralel alman hökumətində qaçqınlar və miqrasiya məsələləri üzrə nazir təyin olunub. Özoğuz həm hökumətdə nazir, həm də parlamentdə vitse-spiker postunu tutan ilk türkəsilli siyasətçidir./teleqraf/