Bu gün Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana ilə oğlu Kərimin məhkəməsi baş tutub. Hakim azyaşlı uşaqların kiminlə qalacağı ilə bağlı qərar verib.
7Times.az BAKU.WS -a istinadən xəbər verir ki, bu haqda Canana sosial şəbəkədə bildirib. O, məhkəmədə uşaqların atası Kərimə verilməsi ilə bağlı qərar qəbul edildiyini bildirib.
***
Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana yeni paylaşımı ilə diqqət çəkib.
7Times.az BAKU.WS-a istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında övladlarının görüntülərini paylaşaraq yeni status yazıb.
Canana keçmiş qayınanası və əri Kərimin onun övladlarını hədiyyələrlə başını qatdığını, bununla da uşaqları ondan ayırıb öz tərəflərinə çəkdiklərini bildirib:
“Uşaqlarım həmişəki kimi öyrədilib. Ruhlana dedim sən kimi seçirsən? Dedi, “Mənə pleysteyşn alacaqlar, ona görə onları seçirəm”.
Oğlum Tuncaya da eyni sualı verdim. Deyir, “Ana, sənə yük olmaq istəmədim. Onların pulu çoxdur. Rahat qazanırlar. Sən isə bizə baxmaq üçün gərək çox işləyəsən. İstəmirəm ki, əziyyət çəkəsən”. Övladımın bu sözü ürəyimə bıçaq kimi sancıldı. Yəni pul insan həyatını idarə edir. Balanı anadan ayırır. Artıq bu gün hakim qərarını açıqlayacaq”.
Follow @7timesaz