Çavuşoğludan ABŞ-a SƏRT XƏBƏRDARLIQ:

Çavuşoğludan ABŞ-a SƏRT XƏBƏRDARLIQ:backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ F-16 qırıcılarını satmaqdan imtina edərsə, Türkiyə S-35 və Su-57 də daxil olmaqla digər seçimlərə yönələcək”.

7times.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu belə açıqlama verib.

O bildirib ki, ABŞ əsassız olaraq Türkiyəni F-35 proqramından çıxarıb. Ardınca Ankara F-16-lar üçün ABŞ-a müraciət edib. Çavuşoğlunun sözlərinə görə, ABŞ konqresi F-16 təyyarələrinə də veto qoysa Türkiyə başqa seçimləri nəzərdən keçirəcək.

Qeyd edək ki, Türkiyə ABŞ-a 40 ədəd F-16 Block 70 qırıcısı almaq və əlindəki təyyarələrin texniki baxışı üçün müraciət edib../Metbuat