İngiltərədə yerli sakinin üzləşdiyi hadisə böyük rezonans yaradıb.
7times.az xəbər verir ki, güclü yağış zamanı qorunmaq istəyən qadın yaxından tanımadığı şəxsin evinə sığınıb.
Məlumata görə, 27 yaşlı Matteu Kavston adlı şəxs qadını evində qonaq edib. Bir müddət sonra qadın evdə yuxuya gedib. Bu zaman o, təcavüzə məruz qalıb. Qadın ayılsa da, yuxulu olduğu üçün nə olduğunu başa düşməyib. Səhər yuxudan ayılanda isə qadın üzərində təcavüz izlərininin olduğunu müşahidə edib.
Sakin məsələ barədə polisə şikayət edib. Şübhəli nəzarətə götürülüb. Məlum olub ki, qadın və şübhəli əvvəllər bir-birilərini tanıyıblar. Lakin yaxın münasibətləri olmayıb. / Metbuat.az
Follow @7timesaz