Ölkə

Bakıda qadınlar arasında münasibət şantaj obyekti oldu: İntim videolarla hədələndi

Bakıda qadınlar arasında münasibət şantaj obyekti oldu: İntim videolarla hədələndibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qabaqcadan əlbir olaraq hədə-qorxu ilə pul tələb edən şəxslərə hökm oxunub.

Oxu.Az istintaq materiallarına əsasən, həmin cinayət hadisəsinin motivlərini təqdim edir.

Qeyd edək ki, mətndə adıçəkilən şəxslərin hamısının adları şərtidir.

Elnarə ilə Lalə 2017-ci ildə tanış olduqdan sonra onlar arasında dostluq münasibətləri yaranır.

Elnarə 2020-ci ilin avqust ayında yaşadığı evi təmir etdirərkən Laləni də köməyə çağırır. Hədə-qorxu ilə pul tələb etməyin də kökü məhz bu günə gedib çıxır.

Belə ki, Elnarə cinsi azlığın nümayəndəsi olduğundan Laləyə bir-birilərinə qarşı seksual xarakterli hərəkətlər etməyi təklif edir. Lalə öz xoşu ilə bununla razılaşır və onlar eynicinslilər intim münasibətini yaşayırlar.

“Elnarə mənə soyunmağı və onunla seksual münasibətdə olmağı təklif etdi”, – Lalə ifadəsində bunu deyir.

Elnarə də öz ifadələrində bu halı təsdiq edib.

Bəs onlar arasındakı münasibətləri soyudan nə olub?

Elnarə bu hadisədən sonra Lalədən tez-tez pul istəyir. Lalə də səxavət nümayiş etdirərək Elnarəyə maddi yardımlarını əsirgəmir.

Elnarənin bacısı Aydan isə bu vəziyyətdən duyuq düşür. O, ifadəsində qeyd edir ki, bacısının cinsi azlıq kimi həyat tərzi sürdüyündən xəbərdar olduğundan Laləni ondan uzaqlaşdırmaq istəyib.

Bu məqsədlə Aydan Lalə ilə danışır, ondan pul tələb edir, həmin məbləği almayacağı təqdirdə bacısı ilə intim videosunu onun ailəsinə göndərəcəyi ilə hədələyir.

Sonradan Aydanın bu işinə onun tanışı Nilufər də dəstək verir, onlar əlbir olaraq Lalədən müxtəlif vaxtlarda pul alırlar.

Ümumilikdə hədə-qorxu ilə Lalədən 6000 manat pul almağa nail olurlar.

Elnarə ifadəsində qeyd edir ki, bacısı və onların tanışı Nilufərin Laləni hədələyərək pul almasından xəbərsiz olub.

Elnarə Lalə ilə yaxın münasibət yaşayarkən ona intim videolarının bacısı tərəfindən qeydə alındığını deməsini də istisna etmir.

Elnarənin sözlərinə görə, o, içki içərkən özündə olmur və mümkündür ki, Laləyə bacısı ilə bağlı nəsə desin.

Ancaq istintaqla, o cümlədən səsli mesajların araşdırılması zamanı müəyyən edilib ki, Elnarə, Aydan və Nilufər qabaqcadan əlbir olaraq hədə-qorxu ilə pul tələb ediblər (səsli mesajların mətnini yazmağa lüzum görmürük).

Təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə vurduqları maddi ziyanı geri ödəyiblər (6000 manat).

İstintaq zamanı tərəflər arasında barışıq əldə olunub, Lalə onlara qarşı şikayət və tələblə çıxış etməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxslərin ilk dəfə cinayət törətmələrini, ictimai təhlükəlilik dərəcələrini, onların bu işdən peşmanlığını nəzərə alıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə hökm oxunub.

Elnarə barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Ancaq məhkəmə onun azyaşlı övladının olmasını nəzərə alaraq, həmin azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin təxirə salınmasını hökm edib.

Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.

Məhkəmə Elnarənin bacısı Aydana da eyni müddətə azadlıqdan məhrumetmə cəzası kəsib. Onun barəsində bir il sınaq müddəti tətbiq edilib.

Nilufərə gəlincə, ona da 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Ancaq onun azyaşlı övladının olması nəzərə alınıb. Buna görə də, məhkəmə hökm edib ki, Nilufərin cəzasının çəkilməsi onun övladı on dörd yaşına çatanadək təxirə salınsın.

Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək iclas zalından azadlığa buraxılıb.