Rusiyadan “Bayraqdar” REAKSİYASI: “Kiyev bu addımının nəticəsini…” – “İsgəndər”lər sərhədə aparılır

Rusiyadan “Bayraqdar” REAKSİYASI: “Kiyev bu addımının nəticəsini…” – “İsgəndər”lər sərhədə aparılırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Donbasda “Bayraqdar” PUA-sından istifadəsi olduqca təhlükəlidir. Kiyev bu addımının nəticəsini, ola bilsin ki, təsəvvür etmir.

7times.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

“Mən “Bayraqdar” PUA-sının müqavimət güclərinin mövqelərinə hücumunu izlədim. Düşünürəm ki, bu, ukraynalıların olduqca təhlükəli bir oyunudur”, – Nebenzya bildirib.

O qeyd edib ki, Ukrayna SQ komandanı Valeri Zalujnının Ukraynanın öz arsenalındakı silahlardan istifadə haqqının olması və bununla bağlı kimsədən icazə almayacağı barədə açıqlaması atəşkəs razılaşmasına ziddir:

“Ancaq PUA ilə oyun Ukrayna tərəfinin ağlına belə gəlməyən nəticələrə səbəb ola bilər. Bu, çox təhlükəli oyundur. Onlar bunu anlamalıdırlar, ancaq anlayacaqlarına əmin deyiləm”.

Qeyd edək ki, Ukrayna ordusu ilk dəfə 26 oktyabrda “Bayraqdar” PUA-sından istifadə edərək, atəş açan haubitsanı məhv edib. Bildirilib ki, haubitsadan atəş bir ukraynalı əsgərin ölümünə səbəb olubmuş.

Bu gün isə Rusiya “İsgəndər”lərinin Ukrayna sərhədinə aparıldığını əks etdirən görüntülər yayılıb. //axar.az