Yunanıstan erməni əsilli türkiyəli jurnalist və yazar Sevan Nişanyanı arzuolunmaz şəxs elan edib.
7times.Az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Ermənistan KİV-ləri yayıb. Məlumata görə, o həyat yoldaşı ilə birgə Afina hava limanında saxlanılaraq, Serbiyaya deportasiya edilib. Onun deportasiyasına heç bir səbəb göstərilməyib.
Nişanyanın hazırda yaşayış üçün yerinin olmadığı bildirilib. Belə ki, Afina ilə bərabər Serbiya və Albaniya da ona siyasi sığınacaq verməyiblər.
Qeyd edək ki, Nişanyan 2017-ci ildə İstanbul həbsxanasından qaçaraq, Yunanıstana sığınmışdı və az sonra burada sığınacaq almışdı. Daha sonra Ermənistana gələn Nişanyan buranın vətəndaşlığını almışdı.
Follow @7timesaz