“Instagram” linkləri paylaşma qabiliyyətinə qoyulan izləyici məhdudiyyətini aradan qaldırdığını açıqlayıb. Bundan sonra bütün istifadəçilər hekayədəki linkləri paylaşa biləcəklər.
7times.az xarici KİV-ə istinadən məlumat verir ki, “Instagram”, hekayələrdə link paylaşmaq üçün 10 mindən çox izləyiciyə malik olmaq tələbini aradan qaldırıb. Müvafiq olaraq, yeni “stiker keçidi” sayəsində bütün istifadəçilər öz hekayələrinə keçidlər əlavə edə biləcəklər.
Mövzu ilə bağlı açıqlamasında “Facebook”un icraçı direktoru Maks Eulenstein, “Biz bərabərlik və sosial ədalət çərçivəsində yeni məhsul tanıtımlarının bir çox cəhətdən faydalı olduğunu müəyyən etdik. İndi biz bu funksiyanı hər kəs üçün əlçatan edirik” sözlərini deyib.
İndiyə qədər hekayəyə keçid əlavə etməyin yeganə yolu təsdiqlənmiş hesaba sahib olmaq və ya 10k izləyiciyə çatmaq idi. Ancaq bir çox sosial media istifadəçisinin mövzu ilə bağlı təzyiqindən sonra “Instagram” hərəkətə keçib. ”
“Instagram” hekayələrində link paylaşmaq üçün yuxarı naviqasiya çubuğunda stiker alətini seçmək kifayətdir. Burada paylaşacağınız linki əlavə etmək və linkin ünvanını həmin hissəyə yapışdırmaq üçün “Link” bölməsinə toxunduğunuzda sosial media fenomeninə çevrilə bilərsiniz. Bu link hekayənizdə istədiyiniz yerdə yerləşir və hər kəs həmin linkə yönləndirilə bilər./lent.az
Follow @7timesaz