Hadisə

“Şəhidlərimizin adından sui-istifadə edən dələduzlara qarşı ciddi tədbirlər görülməlidir”

“Şəhidlərimizin adından sui-istifadə edən dələduzlara qarşı ciddi tədbirlər görülməlidir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
44 günlük Vətən müharibəmizdə şəhid olan mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu hüquqşunası olduğu şirkətdə özünü QHT rəhbəri və qazi kimi təqdim edən şəxslərin təzyiqinə məruz qalıb.
E.İslamoğlu Moderator.az-a açıqlamasında bildirib ki, nömrəsiz avtomobillə şirkətə daxil olan iki nəfər hüquqşunasdan onları müdriyyətlə görüşdürməyi tələb edib:
“Nömrəsiz maşınla şirkətə iki nəfər daxil olub məndən tələb etdilər ki, onları müdriyyətlə görüşdürüm. Mən isə onlardan tələb etdim ki, özlərini təqdim edib, yazılı müraciət etsinlər və mən də onu müdriyyətə çatdırım. Onlar mənə dedilər ki, sən özün burdan aylıq “paket” alırsan, amma bizi içəri buraxmırsan. Mən də dedim ki, bu şirkətin hüquqşunasıyam. Ondan sonra mübahisəmiz başladı və onların məqsədi şirkət rəhbərindən pul almaq idi. Daha sonra onlara sizdən polisə şikayət edəcəm deyəndə qaçmağa başladılar. Mən də onların avtomobillərinin və özlərinin şəkilini çəkib paylaşdım. Bundan sonra Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev problemi nəzarətə götürdü və mənə Dövlət Təhlükəsizliyi Xidmətindən də zəng vurub məsələni nəzarətə götürdüklərini bildirdilər. Artıq həmin şəxslər saxlanılıb.
Şəhid və qazilərimizin adından sui-istifadə edib, pul tələb edən belə “moşennik”lərə qarşı ciddi tədbirlər görülməlidir. Hətta Türkiyədə olan dostlarım mənə yazıb bildirirlər ki, bunlar Türkiyəyə gedib orda da şəhidlərimizin adında pul toplayırlar.