Türk ordusu Suriyanın şimalında DSG/YPG terror təşkilatına qarşı əməliyyat üçün Ankaradan təlimat gözlədiyi bir vaxtda bölgədə Rusiya və ABŞ qüvvələri üz-üz gəlib. Rus ordusunun Bəşər Əsəd qüvvələri ilə Til Temirdə birgə təlim keçirərək hərbi qırıcılar uçurması ABŞ-ı narahat edib.
7times xəbər verir ki, ABŞ Rusiyanı döyüş təyyarələrinin müəyyən edilmiş hündürlükdən yuxarı uçmaqda və onun hava məkanını pozmaqda ittiham edərək, Haseki üzərində xəbərdarlıq uçuşları həyata keçirib və fişənglər atıb.
ABŞ zirehli texnikası Til Temirin şərq girişi yaxınlığındakı M4 magistralına yerləşdirilib. Terror təşkilatı mümkün əməliyyatda Türk ordusunun hədəf ala biləcəyi nöqtələrə əlavə qüvvələr göndərməyə davam edir. Hadisələri izləyən Türk ordusu son iki gündə təşkilatın Ayn İsa, Til Temir, Afrinin şimalı və Tel Rifatdakı mövqelərini top mərmiləri ilə vurub.
Türk ordusunun nəzarətində olan ərazilərdə fəaliyyət göstərən və qüvvələrini Suriya Milli Ordusu (SMO) adı altında birləşdirən silahlı qruplar Til Temir, Ayn İsa, Tel Rifat, Menbic və Ayn əl Ərəb (Kobani) cəbhələrinə yerləşdirilib. Məhz bu qüvvələr DSG/YPG-ə qarşı əməliyyatda əsas rol oynayacaq.
Bu qüvvələrin namaz qılarkən çəkilən fotolar, silahlı qrupların görüntüləri sosial şəbəkə hesablarında “Qüvvələrimiz hazırdır” mesajı verilib.//Kanal.az
Follow @7timesaz