Qarabağda müharibə zamanı ölən və itkin düşən əsgərlərin qohumları İrəvanda etiraz aksiyası keçirir.
“7times” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, aksiya iştirakçıları Tiqran Meç küçəsini bağlayıblar.
Sözügedən küçə Respublika meydanı və hökumət binasına yanaşı yerləşir.
Aksiya iştirakçıları Baş nazir və bir sıra qurumların rəhbərləri ilə görüş tələb edirlər.
Polislər aksiya iştirakçılarını küçədən uzaqlaşdırmaq istəsələr də, iştirakçılar buna etiraz edib.
Bununla belə, Baş nazirin köməkçisi Qaqik İsaxanyan bildirib ki, aksiya iştirakçılarının tələblərini tezliklə Paşinyana çatdırmağı planlaşdırır. Lakin onun sözlərinə görə, N.Paşinyan axşam saat 9-a qədər məşğul olacaq.
Hazırda yolda hərəkət dayandırılıb.//Qafqazinfo