Abşeron rayonunda intihar hadisəsi baş verib.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
2006-cı il təvəllüdlü N.Q. yaşadığı binadan özünü atıb.
Yaralı əvvəlcə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Müayinə zamanı ona qabırğalar arası və ətrafların çox saylı sınığı diaqnozu qoyulub.
Həkimlərin səyinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz