“Microsoft” texnologiya şirkətinin qurucusu Bill Qeytsin ad gününün qeyd etmək adı altında “Lana” adlı meqa yaxtası ilə Bodrum sahillərində lövbər salmasının səbəbi bəlli olub.
“Ölkə.Az” xəbər verir ki, “New York Post” nəşrində “Microsoft”un qurucusu Bill Qeytsin Türkiyəyə səfərinin əsas məqsədini yazıb. Nəşrə danışan mənbələrinin sözlərinə görə, Qeyts Bodruma səfəri zamanı “həm ziyarət, həm ticarət” prinsipinaə uyğun olaraq addıma atıb. Baxmayaraq ki, Bill Qeytsin ad günü partisində iştirak etmək üçün ABŞ e-ticarət nəhəngi “Amazon”un qurucusu Bezosun da Bodruma gəldiyi barədə xəbərlər yayılıb.
Billin ad gününü Türkiyənin kurort şəhəri Bodrumda keçirməsi, əslində, diqqəti yayındırmaq məqəsədi daşıyıb. Onun əsas məqsədi Türkiyənin aqrar sahəsinə böyük həcmdə investisiya yatırmaqdır. Belə ki, Bill Qeyts Türkiyədə torpaq sahəsi axtarır və ferma yaratmağı planlaşdırır.
“New York Post”un məlumatına görə, BMT-nin İqlim Zirvəsi öncəsi Bodrumda tətil edən Qeytsin Türkiyədə yüzlərlə hektar əraziyə baxdığı iddia edilib. O, keçmiş həyat yoldaşı ilə birlikdə idarə etdiyi 50 milyard dollarlıq Bill və Melinda Gates Fondu üçün Türkiyədə nəhəng kənd təsərrüfatı sahəsi yaratmaq istəyir.
Bodrumdakı Göltürkbüküdəki ultra dəbdəbəli villasında ad günü partisi verən Bill Qeyts 28 oktyabrda 66 yaşını qeyd edib. Onun ad gününə Bezos başda olmaqla dünyaca məşhur ulduzların və iş adamlarının qatıldığı deyilir.
Follow @7timesaz