Muğam müsabiqəsinin qalibi Pərviz Qasımovun başına iş gəlib.
7times.az-ın məlumatına görə, xanəndə “Tam vaxtıdır” verlişində bildirib ki, bir müddət öncə avtomobil qəzası keçirib:
“Rusiyaya toya getmişdim. Orada ağır avtomobil qəzası keçirtdim. Hətta burnumun üstündə tikiş izi qalıb. Başım, dizim dağılmışdı. O qəzadan sağ çıxmaq möcüzə idi. İki gün komada qaldım. Sağaldım, sonra Bakıya qayıtdım. Çox pis qəza idi. Başımın ortası dağılmışdı. Artıq instaqramda heç nə paylaşmıram. Çünki gözə gəlməkdən qorxuram”./Lent.az
Follow @7timesaz