Belarus lideri Aleksandr Lukaşenko COVID-19 xəstələrinin olduğu xəstəxananın “qırmızı zona”sında maskasını çıxarıb.
7times.az xəbər verir ki, Belarus lideri bununla da şayiələrə son qoymaq istəyib. Belə ki, Lukaşenko maskanı çıxarmaqla həqiqətən özü olduğunu, “oxşar”ının xəstələri ziyarət etmədiyini sübuta yetirməyə çalışıb.
“Mən həyatdayam, yoxsa bəziləri yazır ki, oxşarı gəlir”, – deyə A.Lukaşenko bildirib.
Follow @7timesaz