Gəncə şəhərində ikiaylıq uşaq küçəyə atılıb.
7times.az xəbər verir ki, qız uşağı olan körpəni küçədən keçən şəxslər tapıb və o, 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib.
Körpə müayinə olunub və hazırda vəziyyəti normaldır. O, suni qida alır, hər hansı bir xəstəliyi yoxdur.
Körpənin çəkisi 4 kq-dan artıqdır, boyu 58 santimetrdir.
/Oxu.az
Follow @7timesaz