Bazar ertəsindən etibarən ABŞ bütün sərhədlərini əcnəbilər üçün açıb.
7times-ın xəbərinə görə, tam peyvənd olunmuş şəxslər bu gündən etibarən ABŞ-a sərbəst şəkildə daxil ola bilərlər.
Yeni qərar bütün ölkələrin vətəndaşlarına şamil edilir. Tam vaksinasiya olunmuş şəxslər ABŞ-a quru, su və hava yolu ilə daxil ola bilərlər.
Bununla belə, iş adamlarına mümkün qədər səfərlərdən yayınmaq və görüşlərini telekonfrans yolu ilə keçirmək tövsiyə olunur.
18 ay bağlı qalan sərhədlərin açılması əsasən böyük aviaşirkətləri sevindirib.//APA