Beynəlxalq Kosmik Stansiyada (BKS) çalışan kosmonavtıarın yerə qayıtması təxirə salınıb.
7times-ın xəbərinə görə, 4 astronavt stansiyanı bazar günü tərk edərək ertəsi gün ABŞ-ın Kaliforniya ştatında Yerə enməsi planlaşdırılırmışdı. Lakin Floridada güclü küləyə görə proses təxirə salınıb.
Yeni plana əsasən kosmonavtları daşıyan gəmi bu gün günorta saatlarında BKS-dan ayrılacaq. Kosmonavtların Yerə çərşənbə axşamı çatması gözlənilir.
Qeyd edək ki, bu dəfə stansiyanın tərkibinin yenilənməsi başqa formada həyata keçiriləcək. Meqan Makartur, Şan Kimbrouq (ABŞ), Akihiko Hoşide (Yaponiya) və Tomas Peske (Fransa) Yerə qayıtdıqdan sonra 4 astronavt stansiyaya gedəcək. Səbəb Crew-3 gəmisinin startının əlverişsiz havaya görə 3 dəfə təxirə salınmasıdır.//APA
Follow @7timesaz