İran ordusu ölkənin hava hücumundan müdafiə identifikasiya zonasına girməyə çalışan ABŞ-a məxsus iki pilotsuz uçuş aparatının qarşısını alıb.
7times xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb. Bildirilib ki, İran ordusu Oman dənizində hərbi təlimlər keçirir. Təlimlər zamanı məşqlərin keçirildiyi əraziyə iki ABŞ aparatı yaxınlaşıb. Lakin hərbçilərin cavab addımlarından sonra geri dönüblər.
Məlumatda qeyd edilir ki, ABŞ-ın pilotsuz aparatları məlumatlar toplamaq üçün bölgəyə yaxınlaşmaq istəyib.//Metbuat.az
Follow @7timesaz