Təcavüzə məruz qalan 330 min uşağa görə kompensasiya ödənəcək

Təcavüzə məruz qalan 330 min uşağa görə kompensasiya ödənəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın katolik kilsəsi  seksual zorakılığın qurbanı olanlara maliyyə  kompensasiyası verməyə razılıq verib.

7times“.Az” AP-yə istinadən xəbər verir ki, bu barədə Yepiskop konfransının prezidenti Erik de Mulen Bofor bildirib.

Ona görə də məsuliyyəti üzərinə götürən kilsə seksual zorakılıq qurbanlarına maliyyə kompensasiyası ödəmək barədə razılığa gəlib.

Araşdırmalara görə, 70 il ərzində 330 minə yaxın uşaq kahinlər və ya digərləri tərəfindən seksual zorakılığa məruz qalıb.

“Bu qədər insanın necə əzab çəkdiyini və yaşamağa davam etdiyini anlayanda, içimizdə ikrah və dəhşət hiss etdik”, – Mulen Bofor deyib.