İraq Baş naziri Mustafa Əl-Kazıminin Bağdaddakı evinə pilotsuz təyyarə ilə edilən hücumdan sonra diqqətçəkən açıqlama gəlib.
7times.az xəbər verir ki, “Röyter”ə açıqlama verən İraq mənbələri və rəsmiləri hücumun arxasında İranın olduğunu iddia ediblər.
Adları açıqlanmayan mənbələr pilotsuz uçan aparatın və partlayıcıların İran tərəfindən hazırlandığını bildiriblər. İranla əlaqəsi olan iki qruplaşma isə məsələyə münasibət bildirməkdən imtina edib.
Rəsmi Tehran administrasiyası da hələlik susur.
Noyabrın 7-də İraq Baş naziri Mustafa əl-Kazıminin Bağdaddakı evinə bomba yerləşdirilmiş dronla hücum edilib. Kazımi hücumdan sağ çıxa bilib. Teleqraf.com
Follow @7timesaz