UEFA Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasına texniki məğlubiyyət verib.
7times.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.
Məlumata görə, texniki məğlubiyyətə səbəb yığmanın koronavirusa yoluxma hallarına görə Avropa çempionatının seçmə mərhələ oyunlarında meydana çıxa bilməməsi göstərilib.
Qeyd edək ki, 3-cü qrupda yer alan millinin heyətində Həmzəalı Mikayılov (“Sabah”), Adəm Topalov (“Səbail”) və İbrahim Ağayarovun COVID-19 testi müsbət çıxdığından komanda Norveç, Belçika və Lüksemburqla matçlarda iştirak edə bilməyib.
Follow @7timesaz