Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin türmə xəstəxanasına gətirilməsinin görüntüləri yayılıb.
7Times.az Yenisabah.az-a istinadən xəbər verir ki, görüntülər Gürcüstanın ədliyyə naziri Rati Breqadze tərəfindən keçirilən brifinqdə təqdim olunub.
Breqadze Saakaşvilinin türmə həbsxanasına gətirilərkən ona qarşı qeyri-insani münasibətlərə yol verildiyini təkzib edib.
“Bu, böyük yalandır. Təcili yardım maşını binanın qapısının ağzında dayandı. Məhbus özü əməkdaşlarımızın qanuni tələblərinə tabe olmadı və onları təhqir etdi”, – nazir bildirib.