“Mənə elə gəlir ki, qadınlar evdə şiddət, zor, təhqir görəndə daha çox qaçmaq məcburiyyətində qalırlar. Çünki heç bir qadın şiddətə dözə bilmir”
Bunu Moderator.az-a açıqlamasında teleaparıcı Rövşanə Ağasəfqızı deyib:
“Düzdü, zamanla şiddətə dözən qadınlarımız olub. Heç bir qadın isti ocağını, yuvasını dağıtmaq istəməz. Amma artıq dözülməz olanda nəticə belə olur. Bu gün qadınlarımız bizim nənələrimiz, bibilərimiz kimi deyil, o vaxt boşanmalar az idi, ailəsinin xətrinə hər şeyə dözürdülər. Amma indi başqa dövrdü, dönəmdi. Mənə elə gəlir ki, qadınlar şiddətə məruz qalanda, döyüləndə, söyüləndə, təhqir olunanda evdən qaçmaq zorunda qalırlar”.
Qeyd edək ki, Tovuz rayonun Aşağı Quşçu kənd sakini Tacirə Aslanova beş yaşlı oğluyla birlikdə itkin düşüb. Qadının həyat yoldaşı Elçin Quliyev mətbuata açıqlamasında bir ay öncə də Tacirənin bu şəkildə evdən getdiyini bildirib.
Follow @7timesaz