Qazaxda intihar hadisəsi baş verib.
7times.az xəbər verir ki, hadisə rayonun Kosalar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2006-cı il təvəllüdlü Əhmədzadə Teymur yaşadığı evin qarşısında özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı Qazax rayonu prokurorluğunda araşdırma aparılır.
Follow @7timesaz