Dünya

Saakaşvilidə qanlı qusma başladı – Ukraynanın ombudsmanı həyəcan təbili çaldı…

Saakaşvilidə qanlı qusma başladı – Ukraynanın ombudsmanı həyəcan təbili çaldı…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Lüdmila Denisova bəyan edib ki, Ukrayna vətəndaşlığı olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilidə bazar ertəsi axşam qanlı qusma başlayıb, lakin həkimləri onun yanına buraxmırlar.
7Times.az Moderator.az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Denisova Saakaşviliyə baş çəkmək üçün Gürcüstana gəldiyini açıqlayıb.
“Belə məlumat var ki, həkimlər konsiliumunun üzvü Nino Şaraşenidze Gürcüstan hakimiyyətinə Mixail Saakaşvilidə qanlı qusma başlaması səbəbindən onun tibbi müayinəsi üçün həkim-qastroenteroloqun cəlb edilməsinin zəruri olduğu barədə məlumat verib. Lakin artıq ikinci gündür ki, konsilium müvafiq prosedurların keçirilməsi üçün Mixailin yanına buraxılmır”,-
Denisova özünün teleqram-kanalında belə yazıb.
Ombudsman onu da əlavə edib ki, çərşənbə axşamı vətəndaş Saakaşvilinin hüquqlarının qorunmasına  riayət edilməsinin vəziyyətini şəxsən yoxlayacağına ümid edir.
“Hal-hazırda Gürcüstanın Ədliyyə Nazirliyindən belə ziyarətə icazə verilməsi və ya ondan imtina edilməsi barədə mənə cavab verilməyib”,-Denisova aydlnlıq gətirib.