ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpin arasında baş tutan 3,5 saatlıq onlayn görüşdə nisbətən gərginlik yaşanıb.
7Times.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüş zamanı tərəflər əməkdaşlıq mesajları versə də, Tayvan məsələsində Si Cinpin Baydenə sərt xəbərdarlıq edib. O bildirib ki, Çinin maraqlarına qarşı addım atılarsa, Pekin ciddi tədbirlər görəcək. Si Cinpin bəyan edib ki, Tayvanın azadlığına yönəlmiş hər hansı dəstək “odla oynamaq” kimidir. “Odla oynayanlar yanacaq” – deyə Çin sədri xəbərdarlıq edib.
Follow @7timesaz