“Kuruluş Osman” serialının çəkilişi ərəfəsində aktyor Burak Özçivit işçi heyətini təhqir etdiyinə görə barəsində cinayət işi açılıb.
7times türk mediasına istinadən xəbər verir ki, Beykoz Rivada 2020-ci il 8 dekabr tarixində çəkiliş sırasında aktyorun işlətdiyi ifadələrlə bağlı müraciət araşdırılıb və proses başa çatıb.
İddianaməyə əsasən Burak 3 ay 15 gündən 4 il 1 aya qədər həbs oluna bilər. Məhkəmənin yaxın günlərdə başlayacağı bildirilib.//Axşam.az
Follow @7timesaz