Türkmənabadda S.Səidi Pedaqoji İnstitutunun tələbələrindən sosial şəbəkələrdən istifadə etməmək və ABŞ-a getməyə cəhd etdikləri halda onları qovulmaqla hədələyiblər.
7times-ın xarici mediaya istinadla məlumatına görə, qeyd olunur ki, universitetdə tələbələrin mənəvi xarakterinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə şəhər rəhbərliyinin və prokurorluğun nümayəndələri iştirak ediblər.
Görüş zamanı institutun rektoru bildirib ki, son vaxtlar 3 tələbə türkmən tələbə adını ləkələyən hərəkətlər edərkən yaxalanıb. O cümlədən, iki qız fahişəliyə, bir gənc isə oğurluq etdiyinə görə polis tərəfindən saxlanılıb.
Prokurorluğun nümayəndəsi xarici internet nəşrlərinin və sosial şəbəkələrin gənclərə mənfi təsirindən danışaraq tələbələrdən bu cür resurslardan və VPN-lərdən istifadə etməməyi, həmçinin dərslərə mobil telefon gətirməməyi xahiş edib.
Rektor yekun nitqində tələbələr arasında Amerika yaşıl kartlarının populyarlığına da diqqət çəkib və tələbələri ölkəni tərk etməyə cəhd etdiklərinə görə qovulacaqları ilə hədələyib.//Lent.az
Follow @7timesaz