Hadisə

Azərbaycanda jurnalist koronavirusdan vəfat etdi

Azərbaycanda jurnalist koronavirusdan vəfat etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda gənc jurnalist koronavirusdan vəfat edib.

7times.az xəbər verir ki, “Press.az” xəbər saytının əməkdaşı Aygün Məcidqızı virusa yoluxub və Bakıda 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicə alıb.

Hamilə olduğu üçün virus əleyhinə iynə və dərmanlardan tam istifadə edə bilməyib. Nəticədə vəziyyəti ağırlaşıb. Həkimlərin səylərinə baxmayaraq jurnalist həyatını itirib.

Qeyd edək ki, Aygün Məcid qızının 5 yaşlı oğlu var.