Dünya

Bu gün ilin sonuncu Ay tutulması olacaq

Bu gün ilin sonuncu Ay tutulması olacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ilin sonuncu Ay tutulması hadisəsi baş verəcək.

7times.az  xəbər verir ki, AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, bu təbiət hadisəsi zamanı Ayın bir hissəsi Yerin kölgə konusundan (Umbra) keçəcək. Bu cür tutulmaya qismən Ay tutulması deyilir.

Tutulma hadisəsi Bakı vaxtı ilə saat 11:18:41-də başlayacaq, saat 14:47:04-də isə başa çatacaq.

Ümumilikdə 2 saat 28 dəqiqə davam edəcək tutulmanın maksimum həddi saat 13:02:55-də olacaq.

Qeyd edək ki, Ay tutulması Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə ediləcək. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda izlənilməyəcək.