Rusiya DİN-in Zabaykaliya üzrə administrasiyasının daxili təhlükəsizlik əməliyyat-axtarış bölməsinin rəisi, eləcə də DİN-in həmin bölməsinin xüsusilə mühüm işlər üzrə böyük əməliyyatçısı həsb olunub.
Milli.Az rus mediasına istinadən xəbər verir ki, hər iki əməkdaş vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir.
“Yüksək rütbəli polis və onun tabeliyində olan şəxs polisin struktur bölmələrindən birinin rəhbərini qanunsuz hərəkətlər etməyə məcbur edib, onu hədələyib”, – deyə Rusiya İstintaq Komitəsinin Zabalkalye üzrə İstintaq İdarəsinin mətbuat xidməti bildirib.
Follow @7timesaz