Şou nümayəndələri arasında “İnstagram”da izlənilmə yarışması davam edir. İzlənilənlər arasında ən çox ifaçı Afət Fərmanqızı yer alır.
Afət Fərmanqızı Moderator.az-a açıqlamasında bunu müasir dövrün tələbi hesab edib:
“Zooparkda da meymuna baxanların sayı çox olur. Amma baxır nə cür baxıcı. Bir var sənət göstərən, bir də var ki… İndi yeni çıxan “ifaçılar” gedib alçipanla özlərini yığdırıb, 180 dərəcə dəyişirlər. Oxumaqları da yoxdur. Oxumağı olub, özlərini bu günə qoysalar, deyərsən cəhənnəm. Amma sənəti olmayıb, bədən nümayiş etdirmək, dodaq şişirtmək, saç qaynağı etdirmək… Əllərinə təzə mikrofon alan kimi tez saçlarına qaynaq qoydurub, yekə dodaq şişirdirlər, qaşlarını da qırxıb göyə qaldırır, dodağını da ördək kimi edir, yan tərəflərə də alçipan vurub olurlar müğənni. Qurunun oduna yaş da yanır. Sənəti olub bunu etsələr, camaat da heç nə deməz. Deyərlər ki, əşşi, kişini qızı oxuyur də, amma…
Mən 2016-cı ildən “İnstagram”dayam, ona görə də orada izləyicim bir milyona yaxındır. Digər sənət yoldaşımlar isə 2011- ci ildən oradadılar. Onların izlənmə sayı məndən ona görə çoxdur. Yalandan saxta izləyici sayı istəsəydim 3 milyonu keçərdim. Mənə belə sevgi lazım deyil. Belə olanda bilirəm ki, məni sevənlər nə qədərdir.
İfaçıya Şövkət Ələkbərova və bu kimi sənətçilərin dövründə izlənmə sayı olmadığı halda o dövrün ifaçılarının daha çox məşhur olduğunu dedikdə isə bildirdi ki, hər dövrün öz tələbatı var:
“Şövkət Ələkbərovanın vaxtında “Moskviç” ən bahalı maşın idi, indi onu maşın hesab edən yoxdur. Dünya ixtiralar edir, kosmosa çıxır, ayda torpaq alıb ev tikirlər, biz nəyi müzakirə edirik”.
Follow @7timesaz