Hadisə

Azərbaycanda məktəbli qız şok faktları açıqladı: Atamın dostu ilə dəfələrlə cinsi əlaqədə olmuşam – VİDEO

Azərbaycanda məktəbli qız şok faktları açıqladı: Atamın dostu ilə dəfələrlə cinsi əlaqədə olmuşam – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 16-da Hacıqabul rayon Məhkəməsində (XXXXX) kənd sakini, evli, 1 azyaşlı uşağı olan 1994-cü il təvəllüdlü Hüseyn Rəfiyev barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə açılmış cinayət işiü zrə məhkəmə prosesi başa çatıb.

7Times.az Publika.az-a istinadən xəbər verir ki, hakim Vahid Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə istintaqı zamanı bir sıra faktlar üzə çıxıb. Əvvəlcədən qeyd edək ki, məhkəmə həmkəndlisinin yetkinlik yaşına çatmayan qızı ilə gizli olaraq mütəmadi cinsi əlaqəyə girən Hüseynin daha ağır maddə ilə ittiham edilməsinə qərar verib və işi yenidən ibtidai istintaqa göndərib. Belə ki, məhkəmədə təqsirləndirilən şəxsin Şura Quliyevanın (ad və soyad şərtidir) hələ 14 yaşına çatmadığı vaxtda da onunla qeyri-təbii yolla cinsi əlaqəyə girməsi üzə çıxıb. Odur ki, məhkəmə Hüseynin Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham edilməsinə qərar verib.

Hadisənin təfərrüatlarına gəlincə qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən 2005-ci il təvəllüdlü Şura Quliyeva Hüseynin və onun qardaşının atası ilə dostluq münasibətinin olduğunu və onları əvvəldən tanıdığını deyib. Hazırda orta məktəbin 10-cu sinfində oxuyan Şura Hüseynin əvvəlcə ona instaqram sosial şəbəkəsi vasitəsilə yazmağa başladığını deyib:

“Hacıqabul rayon Polis Şöbəsinə həmkəndlimiz Hüseyn, Rahil və İbrahim barəsində polisə şikayət etmişəm. Hüseyn və qardaşı atamla dostluq edirdi, bizim evə gəlib-gedirdilər. 2018-ci ilin iyul ayında yaşadığı kənddə Hüseyn ara yolda qoyun otaran zaman mənə yaxınlaşıb məni sevdiyini bildirdi. Mən Hüseynə onu sevmədiyini dedikdə, Hüseyn mənimlə əlaqəsinin olmasını atama deyəcəyi ilə məni hədələdi. O, atamın mobil telefonunda paylaşdığım şəkilləri statusdan götürmüşdü və ona qarşı hədə olaraq istifadə edirdi. Bundan 1 həftə sonra Hüseynlə “WhatsApp”da danışan zaman Hüseyn mənə onunla görüşmədiyim təqdirdə şəkillərimi instaqram sosial şəbəkəsində yayacağı ilə hədələdi. Hüseynin bu sözündən qorxub 02.08.2018-ci ildə gecə saat 01 radələrində şortik və qısa köynək geyinib Hüseynlə yaşadığım evin giriş qapısının qarşısında görüşdüm. Hüseyn mənə eşq elan etdi, təxminən yarım saat söhbət etdikdən sonra getdi. Hüseyn mənim 2005-ci il təvəllüdlü olduğumu, məktəbli olduğumu bilirdi. Onunla təxminən 2019-cu ilin iyul ayınadək görüşmüşəm. Görüşlərin birində yaşadığım küçədə kəndarası yolda Hüseynlə görüşən zaman İbrahim gəlib biziı gördü və həmin vaxtı Hüseyn məni İbrahimlə tək qoyub çıxıb getdi”.

Zərərçəkən yeniyetmə bildirib ki, atasının dostu Hüseynlə yanaşı həmkəndlisi İbrahimlə də münasibəti yaranıb və onunla xeyli müddət dəfələrlə cinsi əlaqədə olub: “İbrahim mənə evlərinin həyətində onunla görüşməyəcəyim təqdirdə mənim Hüseynlə görüşməyimi atama deyəcəyini bildirmişdi. Bundan sonra təxminən 15 gün keçdikdən sonra İbrahim 2019-cu ilin yanvar ayında məktəbdən çıxıb evə gələn zaman yolda özünə məxsus “süd” rəngli Vaz markalı avtomobili mənim yanımda saxlayıb bildirdi ki, “ona niyə yazmıram, sənin üçün Hüseyn deyiləm, sənə dedim axı sən mənimlə də görüşməlisən, axşama zəng vuracaqsan görüşəcəyik”. Bundan sonra mən İbrahimə məxsus mobil nömrəyə zəng vurub evin həyətinə gəlməsini bildirdi. Bundan 15 dəqiqə sonra İbrahim içkili vəziyyətdə bizim evin daş hasarından keçərək həyətə daxil oldu. İlk görüşlərdə cinsi əlaqədə olmasaq da, sevişmişik. Sonuncu görüşdə, yəni 2019-cu ilin fevral ayının birinci on günlüyündə İbrahimlə gecə saat 02 radələrində yaşadığım evin həyətyanı sahəsində görüşmüşük. Görüşümüz təxminən 1 saat müddətində davam etdi və qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra çıxıb getdi. Bununla da, mənim İbrahimlə olan münasibətləri bitdi”.

Həmkəndlisi İbrahimlə münasibətini kəsən məktəbli qız digər həmkəndlisi Hüseynlə görüşməyə davam edib: “2019-cu ilin mart ayının 2-ci on günlüyündə axşam saat 16-17 radələrində Hüseyn “WhatsApp” sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayıb mənə öz yaşadığı evə gəlməyimi bildirdi. Hüseynin məndən ayrılacağını fikirləşdim və onun yaşadığı evə getdim. Həmin vaxtı küçədə heç kəs yox idi. Mən Hüseynin evində ona dedim ki, İbrahimi mənə sən ilişdirmisən, indi də onu uzaqlaşdır. Bundan sonra Hüseyn məni zorla yataq otağına aparıb cinsi əlaqədə oldu. Bundan sonra Hüseyn mənimlə məcburi əlaqədə olduğu üçün məndən üzr istəyib əsəbi olduğunu bildirdi. Mən ağlaya-ağlaya Hüseynin evini tərk edib öz yaşadığım evə qayıtdım. Təxminən 2019-cu ilin aprel ayının 1-ci ongünlüyündə o, “WhatsApp” vasitəsi ilə Hüseynlə danışan zaman Hüseynə ondan ayrılmaq istədiyimi bildirib onu söydüm. Hüseyn mənə bildirdi ki, onu heç kəs söyə bilməz, ara yola gəlməyimi tələb etdi, gəlmədiyim təqdirdə atama hər şeyi deyəcəyini dedi. Bundan sonra gecə saat 02 radələrində yaşadığım evdən çıxıb Hüseynin bildirdiyi yerə getdi. Orada Hüseynlə söhbət edən zaman Hüseyn mənə “məni heç kəs söyə bilməz” sözünü deyib “nakolkalı” sol əli ilə arxa hissəsindən, bel kəmərinin altından bıçaq çıxarıb sol böyrümdən bir dəfə bıçaqla vurdu, sonra məni zorla yerə ıxaraq müxtəlif seksual xarakterli hərəkətlər etdi”.

Kənddə bir neçə nəfərlə münasibətdə olması barədə söz-söhbətlər yayılan Şura bundan sonra da Hüseynlə görüşməyə davam edib: “Həmin hadisədən sonra yaşadığım evə gələrək kirli paltarımı çıxarıb köynəyində qan ləkələri olduğu üçün köynəyini sellofan torbaya qoyub vanna otağına qoydum və səhəri gün saat 12 radələrində evi 50-60 metr kənarda olan zibil tullantıları atmaq üçün nəzərdə tutulan yerə atıb evə qayıtdı. Bundan təxminən iki gün sonra saat 15 radələrində Rizayiyyat fənnindən müəllim yanına hazırlığa gedərkən Hüseyn qabağını kəsib oğlanların məni narahat etməsini bəhanə edərək söhbət etməyə başladı. Hüseynə bildirdim ki, dedikləri düzdür. Hüseyn də mənə “səni heç kəs narahat etməyəcək” sözünü bildirdi. Bundan sonra Hüseyn mənə tərəf tulladığı bıçağın bədənimə dəyib-dəymədiyini soruşdu. Mən bıçağın bədəninin sol nahiyyəsinə dəydiyini bildirdim. Hüseyn əlini həmin bıçaq yarasının üzərinə qoyub onu bağışlamağımı xahiş etdi”.

Yetkinlik yaşına çatmayan qız Hüseynin və daha əvvəl münasibətdə olduğu İbrahimin təkidi ilə bundan sonrakı dövrdə də onlarla Hüseynin evində və özünün yaşadığı evin həyətində görüşüb cinsi əlaqədə olduğunu deyib. Bundan sonra onun Hüseynlə təxminən 4-5 ay münasibəti olmayıb və onlar danışmayıb.

Bu müddətlər ərzində həmkəndlisi Rahil ona “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə onlara gəlib getdiyini bildirib, onu tanıdığını bildirdikdən sonra Şura həmin şəxslə danışmağa başlayıb: “Rahil “İnstaqram” sosial şəbəkəsində mənimlə danışıq zamanı mənə başına gələnləri bildiyini bildirib Hüseynin və İbrahimin mənə etdikləri hərəkətlərə görə başlarına oyun açacağını bildirdi. Mən Rahillə danışan zaman Rahil mənə gəlib Şirvan şəhərində kompüter kursunda oxumağı təklif etdi və mənim kompüterə həvəsim olduğu üçün Rahilin təklifini qəbul etdim. 2020-ci ilin yay aylarında Şirvan şəhəri 20 Yanvar küçəsində yerləşən kompüter kursuna getməyə başladım”.

Zərərçəkən qız bildirib ki, Rahil evli olsa da, övladının olmadığını bildirərək onunla evlənəcəyini deyib və bir neçə dəfə Şirvandakı Elit bazarının yanındakı evə apararaq cinsi əlaqədə olub. Həmin şəxsin görüş təkliflərinin mütəmadi xarakter almasını görən qız onunla əlaqəni kəsdiyini deyib.

Məhkəmədə Şura Quliyeva onu qorxudaraq daimi cinsi əlaqəyə məcbur edən Hüseynlə yanaşı İbrahimdən də şikayətçi olduğunu və onun da məsuliyyətə cəlb edilməsini xahiş edib. Lakin o, Rahillə bağlı şikayətini polis şöbəsində geri götürdüyünü, onunla barışdığını bildirib.

Məhkəmədə ifadə verən İbrahim Məmmədov Hacıqabulda yük maşını ilə mişar satışı ilə məşğul olduğunu, Şura ilə heç vaxt cinsi əlaqəyə girmədiyini deyib.

İfadə verən yeniyetmənin atası isə Hüseynin və İbrahimin onun qızına qarşı əxlaqsız hərəkətlər etməsinə görə onu cəzalandırılmasını xahiş edib. Şahid kimi dindirilən qızın atası qeyd edib:

“Şuram mənim doğma qızımır. Hüseyn, İbrahim və Rahili əvvəldən tanıyıram. Rahil həm də qohumumdur. Qızımın Şirvan şəhərində yerləşən kompüter kursuna yazılmasında köməklik etməsini Rahildən xahiş etmişdim. Rahil kursun qiymətini danışmağa gedərkən mənim yanımda olacağını bildirmişdi. Mən Şirvan şəhərində Rahillə birlikdə qızımı aylıq 40 manat olmaqla kompüter kursuna yazdırdım və 2020-ci ilin iyun-iyul aylarında Şura kursu oxumağa başladı. Əvvəl 2-3 dəfə qızı kursa aparıb gətirdim, bundan sonra işdə olduğum üçün vaxt edə bilmədiyimdən Rahilə zəng vurub xahiş etmişəm ki, Şuranı özü aparıb gətirsin. 2021-ci ilin aprel ayında dayım oğlu mənə bildirdi ki, qızıma qarşı Hüseyn əxlaqsız hərəkət edib. Evə gəlib Şuradan bu barədə soruşduqda, Şura etiraf etdi, Hüseyn və İbrahimin onunla əlaqədə olduqlarını, qorxduğu üçün mənə bildirmədiyini dedi. Bundan başqa, iki dəfə mənim telefonuma Hüseyndən SMS gəlmişdi. SMS-də qeyd edilmişdi ki, “alt paltarını soyun gəlirəm Sizə”. Mən Hüseynlə görüşüb, bu nə SMS-dir ona göndərdiyini irad tutmuşdu. Hüseyn üzr istəyərək, SMS-i dostuna göndərmək istədiyini, yalnışlıqla mənim telefonuma gəldiyini bildirmişdi. Hazırda təqsirləndirilən şəxsdən və İbrahimdən şikayətçiyəm”.

Məhkəmə tərəfindən ibtidai istintaqa geri qaytarılan cinayət işi yenidən araşdırılacaq, həmçinin Hacıqabul rayon Məhkəməsi Hüseynin istintaq müddəti üçün dh 2 ay həbsdə qalmasına qərar verib.